“ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Ukraynada sülhün əldə edilməsində həqiqətən maraqlıdır və buna nail olmaq üçün fəal şəkildə çalışır”.
Medialive xəbər verir ki, bu fikirləri TASS-a açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, Tramp Ukraynada bir həll yolu istiqamətində işləyir.
“O, səy göstərir və bütün komandası da bunu edir. Biz bu səyləri yüksək qiymətləndiririk” – deyə Peskov yekunlaşdırıb.




















