Polşanın Baş naziri Donald Tusk ölkəsinin Avropa İttifaqından 44 milyard müdafiə yardımı alacağını açıqlayıb.
Medialive Bild nəşrinə istinadən xəbər verir ki, vəsaitlər Aİ-yə üzv dövlətlərə müdafiə qabiliyyətinə investisiyalar üçün güzəştli kreditlər verən Avropa Birliyinin SAFE proqramından verilir.
Tuskun sözlərinə görə, vəsaitin bir hissəsi Rusiya və Belarusla sərhəddə pilotsuz uçuş aparatlarının alınmasına yönəldiləcək.




















