Prezident İlham Əliyevin tərəqqi medalı ilə təltif etdiyi Adil Əbilov kimdir?
Medialive.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Adil Fazil oğlu Əbilov Azərbaycan ədliyyə sistemində uzun illər fəaliyyət göstərmiş peşəkar dövlət qulluqçularındandır. O, 2000–2015-ci illər ərzində Ədliyyə Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışmış, və çalışdığı dövrdə nazir köməkçisi vəzifəsini icra edib.
2015-ci ildən bu günədək Adil Əbilov Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin rəisi kimi fəaliyyət göstərir.
Onun rəhbərlik etdiyi idarə Azərbaycanın xarici dövlətlərlə hüquqi münasibətlərinin formalaşdırılması, beynəlxalq müqavilələrin hazırlanması, ekstradisiya, hüquqi yardım və qarşılıqlı əməkdaşlıq mexanizmlərinin həyata keçirilməsi kimi son dərəcə vacib istiqamətləri əhatə edir.
Bu sahədə göstərdiyi fəaliyyət ölkəmizin beynəlxalq hüquqi əlaqələrinin inkişafına mühüm töhfə kimi qiymətləndirilir.




















