Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri və əməkdaşları “Tərəqqi” medalı ilə təltif edib.
Medialive.az oxu24.com-a istinadən xəbər verir ki, təltif olunanlar arasında Bayramova Lamiyə Qəşəm qızı da var.
Bəs təltif olunan xanım kimdir?
Lamiyə Bayramova 1980-cı il mayın 30-da Bakı şəhərində anadan olub.
2000-ci ildə Xəzər Universitetinin “Beynəlxalq hüquq” ixtisasını bitirib.
2002-ci ildə Mülki və təsərrüfat hüququ istiqamətinin “Hüquqşünaslıq” ixtisası üzrə Magistr dərəcəsini alıb.
2002-2003-ci illərdə tarixlərində isə “RR & Vam” Beynəlxalq Müstəqil Auditor firmasında hüquqşünas vəzifəsində işləyib.
2003-cü il avqustun 18-də tarixində Azərbaycan Respublikası Hesablama Palatasında “Ekspert-analitik şöbəsinə” kiçik məsləhətçi vəzifəsinə təyin edilmiş, 2003-cü il sentyabrın 1-də İnzibati yardımçı Təsnifat Toplusuna əsasən məsləhətçi vəzifəsinə keçirilərək, 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, 2005-ci il dekabrın 9-da “İqtisadiyyatın maliyyələşdirilməsinə nəzarət” şöbəsinə məsləhətçi vəzifəsinə keçirilmiş və ona 2006-cı il noyabrın 16-da İnzibati vəzifələrin altıncı təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilib. Hüquq və dövlət qulluğu, Daxili investisiyalara nəzarət şöbələrində işləyib.
2004-cü il martın 15-dən Amerikanın Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvüdür.
2008-ci ildən Beynəlxalq Vəkillər və Hüquqşünaslar Assosiasiyasının (Union International des Advocates’) üzvüdür.
2008 –ci ildən hal-hazırkı dövrə kimi sonradan isə “L. B. Audit Xidməti” MMC-nin Təsisçisi, Hüqüqşunası və Direktoru-auditorudur.
2016-cı ildə Auditorlar Palatasının “Fəxri auditor” döş nişanına layiq görülüb.
