“Vladimir Putinin BMT, ABŞ, Rusiya və Avropanın himayəsi altında Ukraynada müvəqqəti idarəetmənin tətbiqi təklifi seçkilər üçün şərait yaradacaq”.
Medialive xəbər verir ki, bu sözləri “Başqa Ukrayna” hərəkatının rəhbəri, qadağan olunmuş Müxalifət Platforması, Həyat Naminə partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.
O qeyd edib ki, seçkilərin təhlükəsiz, münbit şəraitdə yaradılması üçün özü də əlindən gələni edəcək.




















