Aİ ölkələri ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Avropaya qarşı sərtləşmənin Ukrayna üzrə danışıqların gedişinə ciddi təsir göstərə biləcəyindən narahatdırlar.
Medialive xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ-nin Milli Təhlükəsizlik Strategiyasına uyğun olaraq, Vaşinqton NATO-nun müdafiə öhdəliklərinin əksəriyyətini Avropanın üzərinə götürməsini istəyir.
Avropa rəsmiləri həmçinin sənəddə Avropanın 20 ildən sonra tanınmaz hala düşəcəyi və Aİ rəhbərliyinin və digər fövqəlmilli strukturların təxribatçı siyasəti ucbatından bir sivilizasiya kimi yox olmaq ərəfəsində olduğu barədə bəyanatı bəyənmədiklərini bildiriblər. ABŞ administrasiyası bir sıra Avropa ölkələrinin Vaşinqtonun etibarlı müttəfiqi olaraq qalmaq üçün iqtisadi və hərbi potensiala malik olub-olmayacağına şübhə ilə yanaşır.




















