Qətər İrandakı vəziyyətə həll yolu tapmaq üçün danışıqlar prosesində iştirak edir.
Medialive xəbər verir ki, bu barədə Qətər baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari danışıb.
“Biz hələ də diplomatik həllin tapıla biləcəyinə inandığımız mərhələdəyik. Buna görə də regiondakı bütün tərəflərlə fərdi şəkildə danışıqlar aparırıq” – deyə Ənsari qeyd edib.
əl-Ənsari bildirib ki, Qətər hökuməti İrandakı gərgin vəziyyətlə əlaqədar əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görüb.




















