CANLI
İdman

"Qarabağ"da "Tvente" ilə oyun öncəsi ciddi itki

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”lə keçirilən cavab matçında “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev zədələnib.

Medialive.az xəbər verir ki, tibbi müayinələrin nəticələrinə əsasən, futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı müəyyən edilib.

25 yaşlı cinah müdafiəçisinin bərpa müddətinin təxminən iki həftə çəkəcəyi gözlənilir.

Onun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında həyata keçirilir.