Qazaxıstan polisi bir ay ərzində qız qaçırmaya görə 15 nəfəri həbs edib.
Medialive xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.
Nazirliyin məlumatına görə, yeni qanuna dəyişikliklər qüvvəyə minəndən bəri daxili işlər orqanları Qaraqanda, Manqistau, Cambıl, Türküstan və Çimkent şəhərində məcburi nikahla bağlı yeddi cinayət işi açıb.
Bundan əlavə, polis qadınların küçədə oğurlanmasının müşahidə videosunu yayımlayıb.
Nazirlik belə hallara göz yummamağa, dərhal xəbər verməyə çağırış edib.
Qeyd edək ki, sentyabrın 16-da Qazaxıstanda Cinayət Məcəlləsinə məcburi nikah və ya birgə yaşayışı cinayət məsuliyyətinə cəlb edən dəyişiklik qüvvəyə minib. Günahkarlar 10 ilədək həbs cəzası gözləyir və qadının könüllü azadlığa buraxılması artıq onu qaçıranlara qarşı cinayət işinin dayandırılması üçün əsas deyil.




















