CANLI
Gündəm

Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama

Ötən gün Sabunçuda ananın doğuşdan sonra qolları olmayan körpəsindən rəsmi şəkildə imtina etməsi ilə bağlı təfərrüat məlum olub.

Medialive.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, avqustun 27-si saat 00:40 radələrində 1985-ci il təvəllüdlü hamilə təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan şəxsə doğuşun I dövrü, dölyanı mayenin vaxtından əvvəl axması diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib: “Pasiyent üzərində qeysərriyyə əməliyyatı icra olunub və cinsi oğlan, boyu 47 sm., çəkisi 2 kq. 600 qr. olan uşaq çoxsaylı inkişaf qüsurları ilə dünyaya gəlib.

Zahı qadın sonrakı müşahidə və müalicə mərhələsi başa çatdıqdan sonra, avqustun 30-da yazılı iltizamnamə yazaraq, övladından imtina edərək tibb müəssisəsini tərk edib.

Bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin tibb müəssisəsində olduğu müddət ərzində ona zəruri tibbi xidmətlər göstərilib və müvafiq tibbi nəzarət təmin olunub. Azyaşlı 10.09.2026-cı il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib”.

sonbahissonbahissonbahissonbahisselçuk sportstaraftarium24canlı skorselçuk sportstaraftarium24sonbahis girişsonbahis girişsonbahis girişsonbahis girişcanlı maç izletaraftarium24selçuk sportscanlı maç izlecanlı maç izletaraftarium24canlı maç izleselçuk sportscanlı maç izle