MAQATE-nin baş direktoru Rafael Qrossi qarşıdakı aylarda İrandakı Buşehr Atom Elektrik Stansiyasına baş çəkəcək.
Medialive xəbər verir ki, Qrossi bu qərarı jurnalistlərə açıqlayıb.
“İranla münasibətlər mürəkkəbdir, amma mən onlarla daim əlaqə saxlayıram. Ola bilsin ki, yaxın aylarda İrana səfər edim”, – deyə Qrossi bildirib.




















