CANLI
Sosial

Razim Məmmədova bu mərkəzdə yüksək vəzifə verildi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoruna yeni müavin təyin olunub.

Medialive.az nocomment.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Razim Məmmədov təyin olunub.

O, 2024-cü ildən yeni təyinatadək Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində Satınalma şöbənin müdiri vəzifəsində çalışıb.

R.Məmmədov 2018-2024-cü illərdə də Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzində işləyib.