ABŞ dövlət katibi Marko Rubio Ukraynada münaqişəyə son qoyulması üçün tərəflərin qarşılıqlı güzəştlərə razı olmalı olduqlarını bildirib.
Medialive xəbər verir ki, o, bu barədə sosial mediada yazıb.
“Davamlı sülhə nail olmaq üçün hər iki tərəfdən çətin, lakin zəruri güzəştlər tələb olunacaq”, – deyə dövlət katibi qeyd edib.
Onun sözlərinə görə, müharibəyə son qoymaq ciddi və real ideyaların geniş mübadiləsini tələb edir.
“Buna görə də biz münaqişənin hər iki tərəfinin təklifləri əsasında bu müharibəyə son qoymaq üçün mümkün ideyaların siyahısını hazırlamağa davam edirik”, – Rubio əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna nizamlanması üçün 28 bəndlik plan hazırlayıb və bu plan Qərb mediası və siyasətçiləri tərəfindən geniş müzakirə olunur, onun həyata keçirilməsinin məqsədəuyğunluğu ilə bağlı müxtəlif fikirlər səsləndirilir.




















