Hindistanın dövlət neft emalı zavodları Rusiya neftinin tədarükü ilə bağlı müqavilələri nəzərdən keçirir.
Medialive “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb həmin müqavilələrə Lukoil və Rosneft şirkətlərinin daxil olub-olmamasını yoxlamaqdır.
Bu, ABŞ-nin Rusiya şirkətlərinə qarşı yeni sanksiyaları ilə bağlıdır.
Məlumata görə, Hindistanın dövlət neft emalı zavodları nadir hallarda Rusiya neftini birbaşa “Rosneft” və “Lukoyl”dan alırlar, çünki alışı adətən vasitəçilər vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, Hindistan neft emalı zavodunun rəhbərləri hesab edirlər ki, yaxın zamanda Rusiya neftinin tədarükü sıfıra düşəcək.




















