Rusiya ordusu Zaporojya şəhərinə kütləvi hücuma keçib.
Medialive xəbər verir ki, bunu Zaporojjya vilayəti hərbi idarəsinin rəisi İvan Fedorov deyib.
Onun sözlərinə görə, yaşayış məntəqələrinə endirilən zərbələr nəticəsində 5 nəfər ölüb, daha 8 nəfər yaralanıb.
Ümumilikdə, Rusiya qoşunları gün ərzində bölgənin 16 yaşayış məntəqəsinə 387 zərbə endirib.
Zaporojjya, Hulyaipole, Magdalynivka, Lukyanivske və Ternuvat hava hücumlarına məruz qalıb. Stepnoqorsk, Primorskoye, Malaya Tokmaçka, Yablokovo və Zeleno və başqaları da artilleriya atəşinə məruz qalıb. “Yaşayış binalarına, qeyri-yaşayış binalarına, nəqliyyat vasitələrinə və infrastruktura dəyən ziyanla bağlı 90 məlumat daxil olub”, – Fedorov qeyd edib.




















