Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə yeni direktor təyin olunub.
Bu barədə Medialive.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müvafiq əmrlə Şəhla Abbasova İnşaat Kollecinin direktoru vəzifəsinə təyin olunub.
O, fevralın 18-də kollektivə təqdim edilib.
Xatırladaq ki, Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq sahəsi üzrə bakalavriat, magistratura və doktorantura təhsili alıb, “Memarlıq” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahibdir.
O, müxtəlif illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim, assistent, dosent, həmçinin Türkiyənin Mehmet Akif Ersoy Universitetində dosent olaraq fəaliyyət göstərib.
Qeyd edək ki, Ş.Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb, yerli və beynəlxalq elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.