Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək onun mülki hərbi əsirlər siyahısına salınmasını istəyib.
Medialive xəbər verir ki, Saakaşvili bu barədə Facebook səhifəsində paylaşım edib.
“Mənim təqiblərimin və taleyimin müharibə ilə bağlı olduğu tamamilə aydındır. Mən Ukrayna vətəndaşıyam və Sizin rəhbərliyiniz altında işləmək şərəfinə nail olduğum Milli İslahat Şurasının İcraiyyə Komitəsinin sədriyəm. Sizdən 2019-cu ildə qeyri-qanuni olaraq ləğv edilmiş vətəndaşlığımı bərpa etdiyiniz kimi – Odessa Vilayət Dövlət Administrasiyasının keçmiş rəhbəri və Gürcüstanda rusiyapərəst rejimin qanunsuz saxladığı Milli İslahat Şurasının İcraiyyə Komitəsinin sədri kimi məni də müharibənin nəticələrinə görə hüquqi əsirlərin siyahısına daxil etməyinizi xahiş etmək istərdim” – deyə Saakaşvili Zelenskiyə müraciət edib.




















