Sentyabr başlamamış həyatında yeni səhifə açmaq istəyənlər üçün bu dövr mühüm qərarlarla yadda qala bilər.
Medialive.az həmin 5 bürcü təqdim edir:
Qoç: Qoçları avqustun son günlərində uzun müddətdir gözlədikləri bir xəbər sevindirəcək. İş və karyera ilə bağlı yeni təklif və ya fərqli istiqamətə keçid gündəmə gələcək. Maddi baxımdan onları rahatladan bir imkanın ortaya çıxması mümkündür. İndi atılacaq cəsarətli addım qarşıdakı aylarda Qoçlar üçün yeni qapılar açacaq.
Buğa: Buğa bürcünü şəxsi həyatında mühüm dəyişiklik gözləyir. Uzun müddətdir qərarsız qaldığı bir məsələ nəhayət öz həllini tapacaq. Subay Buğalar yeni və maraqlı biri ilə tanış ola, münasibətdə olanlar isə gələcəklə bağlı ciddi qərar verə bilərlər. Avqustun sonu onlar üçün köhnəni geridə qoyub yeni mərhələyə keçid dövrünə çevriləcək.
Əkizlər: Əkizlər üçün qarşıdakı günlərdə gözlənilməz fürsət ön plana çıxacaq. Bu fürsət xüsusilə iş, təhsil və ya yeni layihə ilə bağlı ola bilər. Əvvəlcə riskli görünən qərarın sonradan Əkizlərə ciddi üstünlük qazandırması mümkündür. Sentyabrbaşlamadan atılan bir addım onların həyatında uzunmüddətli dəyişiklik yaradacaq.
Şir: Şirlər üçün avqustun son günləri diqqət və uğur baxımından fərqlənəcək. Onların bacarıqları və gördükləri iş nəhayət daha geniş çevrənin diqqətini çəkə bilər. Karyera ilə bağlı yüksəliş, yeni məsuliyyət və ya gəlir imkanının yaranması ehtimalı yüksəkdir. Şirlər bu dövrdə özlərinə inanaraq hərəkət etsələr, qarşılarına çıxan fürsəti daha asan dəyərləndirə biləcəklər.
Tərəzi: Tərəzilər üçün yeni başlanğıc daha çox şəxsi qərarlarla əlaqəli olacaq. Uzun müddətdir təxirə saldıqları bir planı həyata keçirmək üçün uyğun şərait yaranacaq. Həmçinin yeni tanışlıq və ya mövcud münasibətdə mühüm dəyişiklik ehtimalı var. Avqustun sonuna qədər veriləcək qərar Tərəzilərin sentyabra tamamilə fərqli əhval-ruhiyyə ilə başlamasına səbəb ola bilər.
