Şimali Koreya Ordusunun Koreyalararası sərhədi qısa müddətə pozması, Cənubi Koreyanın xəbərdarlıq atəşi açmasına səbəb olub.
Medialive xəbər verir ki, Yonhap xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Şimali Koreya qoşunları sərhəddə iş aparırmış.
Agentliyin mənbələri Koreya Xalq Ordusunun şəxsi heyətinin sayı və ya silahlı olub-olmaması barədə məlumat verməyib. Cənubi Koreya tərəfi əvvəlcə avadanlıq vasitəsilə xəbərdarlıq yayımlayıb, sonra isə xəbərdarlıq atəşi açıb.
Rəsmi Seul bildirib ki, onlar təlimatlara uyğun hərəkət ediblər.
Bundan sonra Şimali Koreya qoşunları öz ərazilərinə qayıdıblar.




















