CANLI
Dünya

Sinqapur İsraillə sanksiya tətbiq etdi

Sinqapur fələstinlilərə qarşı hücumlara görə dörd israilli fəala maliyyə sanksiyaları tətbiq edib.

Medialive xəbər verir ki, bu barədə Sinqapur Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qərara əsasən, İsrail vətəndaşlarının ölkəyə girişi qadağan edilib.

Sinqapur Xarici İşlər Nazirliyi fəalların hərəkətlərinin qanunsuz olduğunu və iki dövlətli həll perspektivlərini təhlükə altına atdığını bəyan edib.

Nazirlik Sinqapurun İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrini qanunsuz hesab etdiyi mövqeyini də vurğulayıb.

“Biz İsrail hökumətini məskunlaşanlara qarşı zorakılıq hərəkətlərini dayandırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”, – nazirlik əlavə edib.

2024-cü ildə yuxarıda adı çəkilən İsrail vətəndaşları da Fələstinin hüquqlarının pozulmasına görə AB-nin sanksiya siyahısına əlavə edilib.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24