• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Gündəm

ŞOK! Prezidentin qovduğu məmur ermənilərlə qohum imiş: 10 ildən sonra üzə çıxdı — FOTOLAR

21 Yanvar, 26 / 15:04
A A
ŞOK! Prezidentin qovduğu məmur ermənilərlə qohum imiş: 10 ildən sonra üzə çıxdı — FOTOLAR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Rauf Vəliyevin ailə çevrəsi ilə bağlı ictimai rezonans doğuran məlumatlar üzə çıxıb.

Söhbət birbaşa sabiq yüksək vəzifəli məmurun özündən deyil, onun birinci dərəcəli qohumu olan şəxsin şəxsi və ailə münasibətlərindən gedir.

Məlumata görə, Rauf Vəliyevin qardaşı oğlu Anar Vəliyev Rusiya vətəndaşıdır və uzun illərdir Moskvada yaşayır. Bildirilir ki, Anar Vəliyev artıq 10 ildən çoxdur erməni əsilli Karina Navasardyanla qeyri-rəsmi, yəni vətəndaş nikahında yaşayır və bu münasibətdən bir övladları var.

Qeyd olunur ki, Anar Vəliyev müxtəlif illərdə Azərbaycanda bir neçə dəfə nişanlansa da, nəticədə hər dəfə bu nişanlar pozulub və o, erməni ailəsini üstün tutub.

Mənbələrin iddiasına əsasən, Anar Vəliyev Rusiya xüsusi xidmət orqanlarına yaxın çevrələrlə əlaqələrə malikdir və eyni zamanda erməni diaspor strukturları ilə təmasdadır. Bildirilir ki, onun şəxsi həyatında ciddi nəzarət rejimi mövcuddur. Belə ki, Anar Vəliyev Azərbaycandakı dostları, qohumları və keçmiş nişanlıları ilə əlaqə saxladığı telefonu avtomobilində gizlədir, evə daxil olarkən bu telefonu söndürür, həyat yoldaşının yanında isə yalnız Rusiyadakı çevrəsi və Karina Navasardyanın icazə verdiyi şəxslərlə danışdığı ayrı bir telefon vasitəsilə ünsiyyət qurur.

İddialara görə, bu münasibət Anar Vəliyevin Azərbaycandakı nüvə ailəsinə, eləcə də əmisi Rauf Vəliyevə uzun müddət məlum olub və fakt illərdir ört-basdır edilib. Qeyd edilir ki, kökləri Qarabağın Cəbrayıl rayonundan olan Vəliyevlər ailəsinin böyük əksəriyyəti bu evlilikdən xəbərsizdir və ailənin əksər üzvləri türk düşməni kimi qəbul edilən bir millətlə qohumluğa prinsipial olaraq mənfi yanaşır. Buna baxmayaraq, fakt ondan ibarətdir ki, uzun illər ölkədə yüksək vəzifələr tutmuş bir məmurun qardaşı oğlunun erməni ailəsi mövcuddur.

Məsələ təkcə ailə münasibətləri çərçivəsində qiymətləndirilmir. Ekspertlər bildirirlər ki, Ermənistanla uzunmüddətli münaqişə vəziyyətində olmuş, hələ də sülh müqaviləsi imzalamamış bir ölkə üçün yüksək vəzifəli məmurların birinci dərəcəli qohumlarının bu cür ailə və xarici əlaqələri milli təhlükəsizlik kontekstində risk amili kimi dəyərləndirilə bilər.

Xüsusilə Rusiya kimi kəşfiyyat savaşlarının aktiv getdiyi bir ölkədə, erməni diasporu ilə sıx bağlı çevrələrdə yaşayan şəxslərin Azərbaycanla bağlı hər hansı həssas məlumatlara çıxış imkanları cəmiyyətdə haqlı suallar doğurur.

Xatırladaq ki, Anar Vəliyevin əmisi Rauf Göyüş oğlu Vəliyev 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. O, 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1990–1997-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisinə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, idarənin xarici əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışıb, 1997-ci ildən həmin idarənin xarici əlaqələr üzrə müavini olub. Sonrakı illərdə ARDNŞ-də müxtəlif rəhbər vəzifələrdə işləyib.

Azərbaycan Prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. O, 2011-ci ildə “Əməkdar mühəndis” fəxri adına, 2018-ci ildə 2-ci dərəcəli “Əmək” ordeninə, 2025-ci il avqustun 11-də isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. 16 yanvar 2026-cı ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. (Musavat.com)

Əvvəlki yazı

İsa Həbibbəylinin başına çətir tutan şəxslə bağlı ŞOK QƏRAR

Növbəti yazı

Minimum əmək haqqı ilə bağlı YENİLİK

Bənzər Xəbərlər

Sabah yağış yağacaq, dolu düşəcək
Sosial

Sabah yağış yağacaq, dolu düşəcək

26.İyn.26 /14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi
Sosial

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26.İyn.26 /13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...
Sosial

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26.İyn.26 /13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ
Sosial

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26.İyn.26 /13:14
Nilufər Abdulla vəfat etdi 
Sosial

Nilufər Abdulla vəfat etdi 

26.İyn.26 /13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi
İdman

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26.İyn.26 /12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq
Sosial

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26.İyn.26 /12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE
Sosial

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26.İyn.26 /12:39
Vətən müharibəsi iştirakçısı vəfat etdi
Sosial

Vətən müharibəsi iştirakçısı vəfat etdi

26.İyn.26 /12:19

XƏBƏR LENTİ

Sabah yağış yağacaq, dolu düşəcək

Sabah yağış yağacaq, dolu düşəcək

26 İyun, 26 / 14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26 İyun, 26 / 13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26 İyun, 26 / 13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26 İyun, 26 / 13:14
Nilufər Abdulla vəfat etdi 

Nilufər Abdulla vəfat etdi 

26 İyun, 26 / 13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26 İyun, 26 / 12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26 İyun, 26 / 12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26 İyun, 26 / 12:39
Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı vəfat etdi

26 İyun, 26 / 12:19
Zakir Həsənov onları təbrik etdi

Zakir Həsənov onları təbrik etdi

26 İyun, 26 / 11:22
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.