• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

Son illərdə diz və bel ağrılarının artmasının səbəbləri - Artıq çəki, yanlış idman texnikası və... - MÜSAHİBƏ

10 Mart, 26 / 18:01
A A
Son illərdə diz və bel ağrılarının artmasının səbəbləri - Artıq çəki, yanlış idman texnikası və... - MÜSAHİBƏ

Ortopediya və travmatologiya müasir dövrdə insanların ən çox müraciət etdiyi tibbi sahələrdən biridir.

Gündəlik həyat tərzi, oturaq iş rejimi, fiziki aktivliyin azalması, artıq çəki və travmalar sümük-oynaq sistemi xəstəliklərinin artmasına səbəb olur. Xüsusilə diz, bel, boyun və çiyin ağrıları son illərdə daha geniş yayılıb və insanların həyat keyfiyyətinə ciddi təsir göstərir.

Bəs ortopediya və travmatologiya nədir? Ən çox rast gəlinən ortopedik problemlər hansılardır? Müasir ortopediyada hansı müalicə üsulları tətbiq olunur?

Medialive.az-ın bugünkü müsahibi ortopediya və travmatologiya mütəxəssisi Uzm. Dr. Elşən Hacıyevdir.

O, bizə məhz bu sualların cavabını təqdim edəcək:

Həmin müsahibəni təqdim edirik:

1. Həkim Elşən Hacıyev kimdir və tibbi təhsil yolunuz necə formalaşıb?

– Mən, Hacıyev Elşən, ortopediya və travmatologiya üzrə mütəxəssisəm. 2013–2019-cu illər arasında Türkiyənin aparıcı tibb universitetlərindən biri olan İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsində ali tibbi təhsil almışam. Daha sonra 2019–2025-ci illər arasında İzmir şəhərində yerləşən Dokuz Eylül Universiteti Xəstəxanasında ortopediya və travmatologiya üzrə rezidentura təhsilimi tamamlamışam. Uzmanlıq təhsilimi bitirdikdən sonra ölkəmə qayıdaraq ortopediya və travmatologiya üzrə ixtisaslı həkim kimi fəaliyyətə başlamışam. Klinik fəaliyyətim əsasən sümük və oynaq xəstəliklərinin diaqnostikası, travmatik zədələnmələrin müalicəsi və ortopedik cərrahi əməliyyatların icrasını əhatə edir.

2. Klinik fəaliyyətiniz əsasən hansı ortopedik xəstəlikləri əhatə edir?

– Ortopediya və travmatologiya çox geniş sahəni əhatə edir. Praktikamda əsasən aşağıdakı xəstəliklərin diaqnostika və müalicəsi ilə məşğul oluram:

  • Diz oynağında menisk zədələnmələri
  • Ön və arxa xaçabənzər bağ zədələnmələri
  • Çiyin oynağı problemləri və rotator manjet zədələnmələri
  • Ayaq biləyi bağ zədələnmələri
  • Artroz və degenerativ oynaq xəstəlikləri
  • Travmalar nəticəsində yaranan sınıq və çıxıqlar
  • Onurğa xəstəlikləri

Diaqnostikada klinik müayinə ilə yanaşı rentgen, MRT və digər görüntüləmə metodlarından istifadə olunur və müalicə planı xəstənin vəziyyətinə uyğun fərdiləşdirilir.

3. Ortopedik cərrahiyyə sahəsində hansı əməliyyatları icra edirsiniz?

– Müasir ortopediyada bir çox əməliyyatlar minimal invaziv üsullarla həyata keçirilir.

İcra etdiyim əsas cərrahi prosedurlar bunlardır:

  • Onurğa və Ətraflardakı sınıqların cərrahi müalicəsi
  • Usaqlarda tez-tez rastlanan sınıq və çıxıqlar
  • Artroz və oynaq problemləri
  • Oynaq Protezləşdirmə Əməliyatları
  • Bel yırtığı və fəqərəarası disk problemlərinin cərrahi müdaxiləsi
  • Skolioz və onurğa əyriliklərin cərrahi müdaxiləsi
  • Menisk yırtıqlarının artroskopik müdaxiləsi
  • Diz və Çiyin oynaqlarının artroskopiyası
  • Ətraflarda deformitə müalicəsi
  • Ətraflarda xoş və bəd xassəli törəmələrin cərrahi müalicəsi

Bu əməliyyatların məqsədi xəstələrin oynaq funksiyasını bərpa etmək və gündəlik həyata daha tez qayıtmasını təmin etməkdir.

4. Müasir ortopediyada minimal invaziv və artroskopik üsulların rolu nədir?

– Artroskopik əməliyyatlar ortopediyada böyük üstünlüklər təmin edir. Bu üsulla oynağın daxilinə kiçik kəsiklər vasitəsilə kamera və xüsusi alətlər daxil edilərək əməliyyat icra olunur.

Artroskopiyanın üstünlükləri:

  • Daha kiçik kəsiklər
  • Daha az toxuma zədələnməsi
  • Daha sürətli bərpa prosesi
  • Daha qısa xəstəxanada qalma müddəti

Bu səbəbdən müasir ortopediyada artroskopik əməliyyatlar geniş tətbiq olunur.

5. Son illərdə diz və bel ağrılarının artmasının səbəbi nədir?

– Bunun əsas səbəblərindən biri oturaq həyat tərzi və fiziki aktivliyin azalmasıdır. Uzun müddət masa arxasında işləmək, kompüter və telefon istifadəsi boyun və bel problemlərinin artmasına səbəb olur.

Digər səbəblər isə:

  • Artıq çəki
  • Yanlış idman texnikası
  • Travmalar
  • Yaşla bağlı degenerativ dəyişikliklər

Bu səbəbdən ortopedik sağlamlığın qorunması üçün aktiv həyat tərzi və düzgün fiziki yük çox vacibdir.

6. Pasiyentlərə yanaşmanız və peşəkar prinsipləriniz hansılardır?

– Mənim üçün ortopediya yalnız ağrını aradan qaldırmaq deyil, xəstənin funksional vəziyyətini və həyat keyfiyyətini bərpa etməkdir.

Pasiyentlərə yanaşmamın əsas prinsipləri bunlardır:

  • Erkən və düzgün diaqnostika
  • Sübutlara əsaslanan müalicə
  • Pasiyentə fərdi yanaşma
  • Lazımsız cərrahi müdaxilələrdən qaçınmaq
  • Pasiyentlə açıq və şəffaf kommunikasiya

Məqsədimiz yalnız xəstəliyi müalicə etmək deyil, həm də xəstənin aktiv və sağlam həyata qayıtmasını təmin etməkdir.

Sizin də belinizdə, oynaqlarınızda, dizinizdə, çiyninizdə şiddətli ağrılar varsa, gecikmədən “Baku Central Hospital”a, Dr. Elşən Hacıyevə müraciət edin!

Sağlamlığınızı “Baku Central Hospital”a əmanət edin!

Əlaqə telefonu: 055-772-15-55, 012-569-24-50

ÜNVAN: Bakı şəhəri, Svetlana Məmmədova 91

Əvvəlki yazı

Polis daha bir tiktokeri saxladı

Bənzər Xəbərlər

Polis daha bir tiktokeri saxladı
Sosial

Polis daha bir tiktokeri saxladı

10.Mar.26 /17:59
Könül Həmzəyeva axtarışa verildi
Sosial

Könül Həmzəyeva axtarışa verildi

10.Mar.26 /17:49
Əli Əsədov qərar imzaladı
Sosial

Əli Əsədov qərar imzaladı

10.Mar.26 /17:48
Buraxılış imtahanında çətin sualların olması iddialarına ekspertdən REAKSİYA 
Sosial

Buraxılış imtahanında çətin sualların olması iddialarına ekspertdən REAKSİYA 

10.Mar.26 /17:44
Prezident bu qanunda dəyişiklik etdi
İlham Əliyev

Prezident bu qanunda dəyişiklik etdi

10.Mar.26 /17:03
Medianın İnkişafı Agentliyi bəyanat yaydı
Media

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

10.Mar.26 /16:49
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanılıb
Sosial

Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanılıb

10.Mar.26 /16:48
"Evimiz Store"un rəhbəri ilə bağlı qərar verildi - Yarım milyonluq borca görə...
Sosial

"Evimiz Store"un rəhbəri ilə bağlı qərar verildi - Yarım milyonluq borca görə...

10.Mar.26 /16:43
Azərbaycanda vaksin istehsalına başlanılır
Sağlamlıq

Azərbaycanda vaksin istehsalına başlanılır

10.Mar.26 /16:40

XƏBƏR LENTİ

Son illərdə diz və bel ağrılarının artmasının səbəbləri - Artıq çəki, yanlış idman texnikası və... - MÜSAHİBƏ

Son illərdə diz və bel ağrılarının artmasının səbəbləri - Artıq çəki, yanlış idman texnikası və... - MÜSAHİBƏ

10 Mart, 26 / 18:01
Polis daha bir tiktokeri saxladı

Polis daha bir tiktokeri saxladı

10 Mart, 26 / 17:59
Könül Həmzəyeva axtarışa verildi

Könül Həmzəyeva axtarışa verildi

10 Mart, 26 / 17:49
Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

10 Mart, 26 / 17:48
Buraxılış imtahanında çətin sualların olması iddialarına ekspertdən REAKSİYA 

Buraxılış imtahanında çətin sualların olması iddialarına ekspertdən REAKSİYA 

10 Mart, 26 / 17:44
Prezident bu qanunda dəyişiklik etdi

Prezident bu qanunda dəyişiklik etdi

10 Mart, 26 / 17:03
Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

10 Mart, 26 / 16:49
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanılıb

Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanılıb

10 Mart, 26 / 16:48
"Evimiz Store"un rəhbəri ilə bağlı qərar verildi - Yarım milyonluq borca görə...

"Evimiz Store"un rəhbəri ilə bağlı qərar verildi - Yarım milyonluq borca görə...

10 Mart, 26 / 16:43
Azərbaycanda vaksin istehsalına başlanılır

Azərbaycanda vaksin istehsalına başlanılır

10 Mart, 26 / 16:40
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.