“Qafqazdakı vəziyyət daimi diqqət tələb edir”.
Medialive TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib.
“Saatlarımızı sinxronlaşdırmaq bizim üçün vacibdir. Regionda baş verən müxtəlif hadisələrlə bağlı hər şey bizim daimi diqqətimizi tələb edir” – deyə Şoyqu əlavə edib.
Qriqoryan Şoyqunu əmin edib ki, o, regiondakı vəziyyətlə bağlı təfərrüatları bölüşməyə hazırdır.
Qeyd edək ki, bu gün Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclası keçirilir.




















