CANLI
Dünya

Tariflərin ləğvi ABŞ-yə 3 trilyon dollardan çox başa gələcək – Tramp

“ABŞ Ali Məhkəməsinə yanlış rəqəmlər verilib. Tariflərlə bağlı neqativ qərarın verildiyi halda qoyulan investisiyalar və vəsaitlərin qaytarılması da daxil olmaqla, 3 trilyon dollardan çox ziyan dəyə bilər Bu cür özbaşınalığın əvəzini çıxmaq mümkün olmayacaq”.

Medialive xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Noyabrın 5-də ABŞ Ali Məhkəməsində tarif işinin ilk iclasından sonra bəzi hakimlər tariflərin qanuniliyinə şübhə ilə yanaşıb.

Xaotik hal bir qrup biznes nümayəndəsinin ABŞ hökumətinə qarşı rüsumların qeyri-qanuni olduğunu və onların şirkətlərinə zərər vurduğunu iddia edərək məhkəməyə müraciət etməsindən sonra başlayıb.

Qeyd edək ki, avqustun 29-da Kolumbiya Apellyasiya Məhkəməsi Trampın elan etdiyi bir çox tarifləri tətbiq etmək səlahiyyətinin olmadığına qərar verib.

Sentyabrın 4-də Tramp administrasiyası Ali Məhkəmədən qərarı ləğv etməyi xahiş edib.

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkədən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb.