ABŞ Prezidenti Donald Tramp Co Baydeni Ukraynaya həddindən artıq pul xərclədiyinə görə tənqid edib.
Medialive xəbər verir ki, Tramp bu barədə Floridadakı Mar-a-Lagoda jurnalistlərlə görüşündə danışıb.
“Biz Bayden kimi pul itirmirik. O, axmaq idi”, – deyə Tramp deyib.
O, həmçinin xatırladıb ki, ABŞ artıq Ukrayna münaqişəsində NATO-ya silah satmaqla pul itirmir və bu silahların bir hissəsi Kiyevə göndərilir.




















