ABŞ Prezidenti Donald Tramp Konqresin hər iki palatasını pedofiliyaya görə məhkum edilmiş və sonradan intihar edən sahibkar Cefri Epşteynin işi ilə bağlı materialların yayılmasına səs verməyə çağırıb.
Medialive xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp “Truth”da yazıb.
Eyni zamanda, Amerika lideri yenidən siyasi rəqiblərini diqqəti respublikaçıların uğurundan yayındırmaq üçün Epşteyn işini qəsdən təbliğ etməkdə ittiham edib.
Trampın sözlərinə görə, Demokratlar Partiyasının Epşteyn işində onun haqqında hər hansı zərərli məlumatı olsaydı, o, prezident seçkilərində qalib gəlməmişdən əvvəl bunu ictimaiyyətə açıqlayardılar. Bu arada, əvvəllər Ədliyyə Nazirliyinə Epşteynin tanınmış demokratlarla, o cümlədən ABŞ-ın keçmiş prezidenti Bill Klintonla (1993-2001) əlaqələrini araşdırmağı əmr edən Ağ Ev rəhbəri qeyd edib ki, Epşteyn işi onun partiya yoldaşlarına deyil, demokratlara lənət olacaq.
Qeyd edək ki, keçən həftə Demokratlar Epsteinin bir neçə tanışı və tərəfdaşı ilə elektron poçt yazışmalarının bir hissəsini yayımlayıblar.
Xatırladaq ki, Epstein 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. O, 2019-cu ilin avqustunda həbsxanada intihar edib.




















