ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun yeni meri Zöhran Məmdaninin onunla Vaşinqtonda görüşmək istədiyini açıqlayıb.
Medialive xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp Florida ştatının Palm-Biçindən Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə açıqlamasında danışıb.
“Nyu-Yorkun meri bizimlə görüşmək istəyib O, Vaşinqtona gəlib görüşmək istəyir” – deyə Tramp deyib.
Qeyd edək ki, Nyu-York meri seçkiləri noyabrın 4-də baş tutub. Tramp sakinləri müstəqil namizəd Endryu Kuomoya səs verməyə çağırıb və kommunist hesab etdiyi Mamdaninin qalib gələcəyi təqdirdə Nyu-York şəhəri üçün federal maliyyəni məhdudlaşdıracağı ilə hədələyib.
Seçilmiş mer özü özünü demokratik sosialist kimi qələmə verib.




















