ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Maçadanı Venesuelanın növbəti prezidenti kimi dəstəkləməyib, çünki Maçada Nobel Sülh Mükafatını ona verməyib.
Medialive xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti maraqlı yazı dərc edib.
Məlumata görə, Maçado sonda mükafatı Trampa həsr etdiyini bildirsə də, mükafatı qəbul etməyə razılaşması səhv olub.
“Əgər o, imtina edib “Mən bunu qəbul edə bilmərəm, çünki bu, Donald Trampa məxsusdur” desəydi, bu gün Venesuela prezidenti olardı”, – deyə nəşr əlavə edib.
Qeyd edək ki, 2025-ci ildə Maçado Nobel Sülh Mükafatını alıb.




















