ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülh razılaşmasının nə vaxtsa əldə ediləcəyinə inanır.
Medialive xəbər verir ki, Tramp həmçinin bunun yaxın gələcəkdə baş verəcəyinə ümid edir.
Rusiya ilə Ukrayna arasında hazırda vəziyyətin necə olduğu soruşulduqda, Amerika prezidenti belə cavab verib:
“Düşünürəm ki, yaxın gələcəkdə, bir məqamda razılığa gələcəyik”, – deyə o bildirib.
Tramp həmçinin jurnalistlərə Ukraynadakı müharibədə hərbi itkiləri xatırladıb.
“Beləliklə, yeni açıqlanan rəqəmləri görüb-görmədiyinizi bilmirəm. Bu ay 30 min əsgər öldü, – deyə Amerika lideri bildirib.




















