ABŞ Prezidenti Donald Trampa Cənubi Koreyada qızıl tacın surəti hədiyyə olunub.
Medialive xəbər verir ki, bu barədə AFP xəbər verir.
Belə ki, Cənubi Koreyanın tarixi paytaxtı Kyoncuda təşkil edilən dəbdəbəli qarşılanma mərasiminin sonunda Trampa eramızdan əvvəl 57-ci ildən eramızın 935-ci ilə qədər hökmranlıq etmiş sülalə Silla krallarının taxdığı tacın surəti hədiyyə edilib.
Trampın sözlərinə görə, Cənubi Koreyadan gələn hədiyyə Silla dövrünə aid mövcud olan ən böyük və ən ekstravaqant qızıl tacın dəqiq surəti olub.
O, səmavi və yer üzünün rəhbərliyi arasında ilahi əlaqəni simvolizə edir. Cənubi Koreya prezident administrasiyası bəyan edib ki, tac yarımadada sülh, birgəyaşayış və ortaq rifahı – Silla sülaləsinin uzunmüddətli sabitlik dövrünü əks etdirən dəyərləri simvollaşdırır.
Qeyd edək ki, Trampa Cənubi Koreyada ölkənin ən yüksək mükafatı olan Böyük Mugunghwa ordeni də təqdim edilib.




















