Türkiyənin Müdafiə Nazirliyi Qara dəniz hövzəsindəki təhdidlərə qarşı lazımi tədbirləri görüldüyünü açıqlayıb.
Medialive xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
“Regional məsuliyyət prinsipi çərçivəsində biz [Ukraynadakı] müharibə ilə bağlı dəniz təhdidlərinə qarşı tədbirlər görürük”, – deyə kanal məlumat yayıb.
“Görülən tədbirlər dəniz zonalarımızın, kritik sualtı və yerüstü tikililərin təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Buraya Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindən istifadə etməklə kəşfiyyat və müşahidə, həmçinin Qara Dəniz Minalardan Təmizləmə Qrupu çərçivəsində davam etdirilən fəaliyyət daxildir”, – departamentdən bildirilib.




















