Bu gün gecə saatlarında Ukrayna ordusu Rusiyaya qarşı kütləvi hücuma keçərək bir neçə kimyəvi zavoda zərbələr endirib.
Medialive xəbər verir ki, bu barədə “Astra” məlumat yayıb.
Velikiy Novqorodda hədəf “Akron” mineral gübrə zavodu olub.
Zavodun yaxınlığındakı yanğından gələn parıltı bir neçə kilometr məsafədə görünüb.
Novqorod vilayətinin qubernatoru Aleksandrov Dronov bölgə üzərində 19 pilotsuz təyyarənin məhv edildiyini bildirib.
Akron Rusiyanın ən böyük kimya istehsalçılarından biridir.
Smolensk vilayətində dronlar Acron Group-a daxil olan Doroqobuzh gübrə və sənaye məhsulları zavoduna hücum edib. Hücum zamanı yanğın baş verib.
Qubernator Vasili Anoxin infrastruktura heç bir ziyanın olmadığını iddia edib.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində bölgə üzərində altı pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.
Voronejdə dron Voronejsintezkauçuk zavodunun yaxınlığındakı yaşayış binasına zərbə endirib.
Zavod termoplastik elastomerlər və sintetik kauçuklar istehsal edir və Sibur neft-kimya holdinqi tərəfindən idarə olunur.




















