Tanınmış müğənni Viktoriya Bekhem karyerası, ailəsi və həyat rəzi haqqında danışıb.
Medialive xarici mediaya istinadən xəbər verir ki, müğənni bu barədə “Call Her Dadd” podkastında danışıb.
Viktoriya gənclik fotolarından danışaraq “Mən həmin vaxt kiçik şort və mini ətək geyinirdim” – deyə bildirib.
“Mən o fotoşəkillərə baxıb gülümsəyirəm, çünki bu, belə bir səyahət idi”.
Müğənni eyni zamanda bildirib ki, gəncliyində maddi vəziyyəti yaxşı olmadığından saxta “Louis Vuitton” çantasından istifadə etdiyini etiraf edib.
Bu etiraf isə dünya gündəmində birmənalı qarşılanmayıb.




















