Qazaxıstanın “Kazmortransflot” şirkəti tərəfindən icarəyə götürülmüş “Matilda” tankeri pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.
Medialive.az xəbər verir ki, bu barədə “KazMunayGaz” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə yanvarın 13-də Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) obyektinin yaxınlığında baş verib.
Məlumata görə, tankerə edilən PUA hücumu nəticəsində partlayış baş verib. Lakin yanğın qeydə alınmayıb. Şirkətin açıqlamasında qeyd olunur ki, heyət üzvləri arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, “Matilda” tankerinin Qazaxıstan nefti ilə yüklənməsi 18 yanvar 2026-cı il tarixində CPC terminalında planlaşdırılırdı.
Xatırladaq ki, bundan əvvəl Zaporojye vilayətinin Kamenka-Dneprovskaya yaşayış məntəqəsinin atəşə tutulması ilə bağlı məlumatlar yayılmışdı.
Bundan əlavə, dron hücumundan sonra Rusiyanın Taqanroq şəhərində yerli fövqəladə vəziyyət elan edildiyi bildirilib.




















