• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək ağır cinayətdir - Baş Prokurorluq

29 Dekabr, 25 / 13:55
A A
Xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək ağır cinayətdir - Baş Prokurorluq
Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar və mediada yayılan məlumatlara əsasən Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə Azərbaycan Respublikasının bəzi vətəndaşlarının da iştirak etməsi halları müşahidə olunur.
Medialive.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun vətəndaşlara müraciətində bildirilib.
“Təəssüflə qeyd edirik ki, bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var.
Bildiririk ki, Azərbaycan Respublikası vətəndaşlarının həyatını, təhlükəsizliyini, hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi və vəzifəsi kimi qəbul edərək, qanunvericiliyə zidd fəaliyyət göstərən, hüquq qaydalarını pozan hər bir şəxsə münasibətdə hüquqi məsuliyyətin qaçılmazlığı prinsipi əsasında qətiyyətli və barışmaz mövqe nümayiş etdirir.
Belə ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir”, – müraciətdə qeyd edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur:
“Vətəndaşlarımızın diqqətinə çatdırılır ki, hər hansı bir ideoloji, maddi, şəxsi və sair maraqdan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir.
Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımız barəsində Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.
Ölkəmizin hüquq-mühafizə orqanları qeyd olunan qanunsuzluqların qarşısının alınması və qanuna zidd əməllərə yol verənlərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri görməkdədir.
Xatırladaq ki, Konstitusiyaya əsasən Azərbaycan vətəndaşının vəzifəsi öz dövlətinin qanunlarına riayət etmək və öz vətənini müdafiə etməkdir. Heç bir maddi maraq sizin həyatınızdan, azadlığınızdan və gələcəyinizdən daha əhəmiyyətli ola bilməz. Qanunsuz fəaliyyətlərdən çəkinmək və milli maraqları uca tutmaq isə hər birimizin mənəvi və hüquqi məsuliyyətidir.
Vətəndaşlarımızı ayıq-sayıq olmağa, qanunsuz çağırışlara uymamağa və dövlətimizin qanunlarına hörmətlə yanaşmağa çağırırıq”.
Əvvəlki yazı

Mərdanov buna görə vəzifəsini itirib - İDDİA

Növbəti yazı

2026-cı il dövlət büdcəsi təsdiqləndi: Gəlirlər və xərclər nə qədər olacaq?

Bənzər Xəbərlər

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq
Sosial

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26.İyn.26 /12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE
Sosial

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26.İyn.26 /12:39
Vətən müharibəsi iştirakçısı vəfat etdi
Sosial

Vətən müharibəsi iştirakçısı vəfat etdi

26.İyn.26 /12:19
Zakir Həsənov onları təbrik etdi
Manşet

Zakir Həsənov onları təbrik etdi

26.İyn.26 /11:22
Bu ölkədə ağır təyyarə qəzası: HAMI ÖLDÜ
Dünya

Bu ölkədə ağır təyyarə qəzası: HAMI ÖLDÜ

26.İyn.26 /10:47
Azərbaycanda hotellərlə bağlı YENİLİK - QAYDALAR DƏYİŞİR
Sosial

Azərbaycanda hotellərlə bağlı YENİLİK - QAYDALAR DƏYİŞİR

26.İyn.26 /10:44
Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ
Dünya

Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ

26.İyn.26 /10:00
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Sosial

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25.İyn.26 /17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)
Sosial

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25.İyn.26 /17:43

XƏBƏR LENTİ

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26 İyun, 26 / 12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26 İyun, 26 / 12:39
Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı vəfat etdi

26 İyun, 26 / 12:19
Zakir Həsənov onları təbrik etdi

Zakir Həsənov onları təbrik etdi

26 İyun, 26 / 11:22
Bu ölkədə ağır təyyarə qəzası: HAMI ÖLDÜ

Bu ölkədə ağır təyyarə qəzası: HAMI ÖLDÜ

26 İyun, 26 / 10:47
Azərbaycanda hotellərlə bağlı YENİLİK - QAYDALAR DƏYİŞİR

Azərbaycanda hotellərlə bağlı YENİLİK - QAYDALAR DƏYİŞİR

26 İyun, 26 / 10:44
Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ

Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ

26 İyun, 26 / 10:00
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25 İyun, 26 / 17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25 İyun, 26 / 17:43
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

25 İyun, 26 / 17:41
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.