• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi ilin yekunlarına həsr olunan görüş keçirdi – FOTOLAR

05 Yanvar, 26 / 13:04
A A
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi ilin yekunlarına həsr olunan görüş keçirdi – FOTOLAR

Yanvarın 4-də  Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin idarə heyətinin üzvləri və rayon filiallarının sədrləri ilə görüş keçirilib.

Görüş zamanı birliyin sədri Bəhruz Məmmədzadə 2025-ci il ərzində həyata keçirilən işlər barədə hesabat verib.

Bəhruz Məmmədzadə bildirib ki, il ərzində qazilərin, şəhid ailələrinin və veteranların sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və vətənpərvərlik dəyərlərinin təbliği istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılıb.

Bəhruz Məmmədzadə qeyd edib ki, ictimai birlik dövlət qurumları, yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək bir sıra mühüm layihə, görüş və sosial tədbirlər həyata keçirib. Görüş iştirakçıları görülən işləri yüksək qiymətləndirib və qarşıdakı dövr üçün yeni təkliflərini səsləndiriblər.

Birliyin sədri 2025-ci ildə birliyin həyata keçirdiyi əsas tədbirlər və layihələr barədə danışaraq bildirib:

“Bu il ərzində 33 saylı Ağdam məktəbinin musiqi müəllimi və şagirdləri ilə görüş, idarə heyətinin Moldovaya səfəri və orada veteran təşkilatlarının sədrləri ilə görüşləri, həmçinin Moldovada 28 May – Respublika Günü münasibətilə bayram tədbiri keçirilməsi olduqca əhəmiyyətli işlərimizdən biridir. Bu il həmçinin təşkilatın Cəlilabad rayon filialını təsis etdik. Bundan əlavə Vətən müharibəsində iştirak etmiş 10 jurnalistin Türkiyəyə 5 günlük səfəri təşkil edildi.  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Naxçıvanda “XTQ veteranları və şəhid ailələri ilə işin gücləndirilməsi” layihəsi ugurla icra etdik. 2025-ci ilin ən önəmli tədbirlərindən biri də sözsüz ki, Millətlər Liqası öncəsi amputant futbol komandamızla görüş idi” –
Birliyin sədri ümümilikdə 2025-ci ildə keçirilən tədbirlər barədə geniş məlumat verib:

“27 Sentyabr – Anım Günü münasibətilə Şəhidlər xiyabanını və “Qafqaz Döyüş Akademiyası”nı ziyarət etdik. Daha bir maraqlı layihəmiz olan “Vətənə hazıram” hərbi hazırlıq və vətənpərvərlik məktəbi layihəsinin açılışında iştirak etdik.  Ümumilikdə 2025-ci il təşkilatımız üçün olduqca ugurlu il oldu. Bu il Şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası, 100-dən çox şəhid və qazi övladının məktəb ləvazimatları və geyimlə təminatını həyata keçirtdik. Ölkənin ən böyük şirkətlərindən biri olan Paşa Holdinqin dəstəyi ilə ərzaq yardımı etdik. Quba rayonunda Rusiya–Ukrayna müharibəsində sağlamlığını itirmiş ukraynalı əsgərlərlə görüş isə iki savaşın iştirakçılarının səmimi bir görüşü idi. 2025-ci ildə həmçinin qürurla xidmət etdiyimiz XTQ-nin yaranmasının 26-cı ildönümünü qeyd etdik. Bu il həmçinin Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi ilə birgə şəhid övladları görüş təşkil etdik. Bu il həm də Gəncə şəhərində Mədəniyyət Nazirliyi ilə birgə “Zəfər övladlarının mədəniyyətdə bir günü” layihəsinin icrasını ugurla tamamladıq. Bu görüşləri təşkil etmək bizim missiyamızdır və 2026-cı ildə də bu işlərimizi davam etdirəcəyik.”– deyə Bəhruz Məmmədzadə bildirib.

Daha sonra birliyin sədri Bəhruz Məmmədzadə bildirib ki,  birlik şəhər və rayonlarda şəhid ailələrinin və qazilərin problemləri ilə yenə yaxından maraqlanır, qazilər ilə veteranların mədəni və sosial layihələrdə iştirakına xüsusi diqqət yetirir. Tədbirdə birliyin rayon şöbələrinin rəhbərlərinin, həmçinin idarə heyətinin üzvlərinin təklifləri dinlənib, gələcəkdə görüləcək işlər barədə danışılıb.

Əvvəlki yazı

Ukraynada daha bir intriqa - SBU rəhbəri istefa verib?

Növbəti yazı

İllik inflyasiya 30 faiz olub - Türkiyədə rekord göstərici

Bənzər Xəbərlər

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR
Sosial

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

22.May.26 /14:51
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb
Sosial

Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

22.May.26 /14:50
Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI
Dünya

Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

22.May.26 /13:42
Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi
Sosial

Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

22.May.26 /13:39
Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək
Sosial

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

22.May.26 /13:13
Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ
Sosial

Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

22.May.26 /13:11
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO
Sosial

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

22.May.26 /13:09
Sabiq deputat Türkiyədə vəfat etdi
Sosial

Sabiq deputat Türkiyədə vəfat etdi

22.May.26 /13:07
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
Sosial

DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

22.May.26 /13:05

XƏBƏR LENTİ

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

22 May, 26 / 14:51
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

22 May, 26 / 14:50
Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

22 May, 26 / 13:42
Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

22 May, 26 / 13:39
Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

22 May, 26 / 13:13
Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

22 May, 26 / 13:11
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

22 May, 26 / 13:09
Sabiq deputat Türkiyədə vəfat etdi

Sabiq deputat Türkiyədə vəfat etdi

22 May, 26 / 13:07
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

22 May, 26 / 13:05
Bu hakim vəzifəsindən azad olunur

Bu hakim vəzifəsindən azad olunur

22 May, 26 / 13:03
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.