CANLI
Sosial

Yeddi rayonun icra başçısı vəzifəsi boşdur - SİYAHI

Hazırda Azərbaycanın 7 rayon və şəhərinin icra başçısı vəzifəsi boşdur.

Medialive.az xəbər verir ki, bunlar Bakının Qaradağ rayonu, Naftalan şəhəri, Gədəbəy, Yardımlı, Ağdərə və Naxçıvan Muxtar Respublikasının Sədərək və Babək rayonlarıdır.

Bu ilin avqustun 4-də Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan MR-in Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun yerinə təyinat olmayıb.

2025-ci ilin 12 noyabr tarixində Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda Gədəbəy rayonunun icra başçısı vəzifəsi boşdur.

Elə həmin gün – 2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.

Ağdərə rayonunun da icra başçısı yoxdur. Belə ki, 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Hələlik başçı vəzifəsinə təyinat olmayıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yanvarın 30-da Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə isə təyinat olmayıb. Hazırda Qaradağın icra başçısı vəzifəsini birinci müavin Emil Abbasov müvəqqəti olaraq icra edir.

Prezident İlham Əliyevin sentyabrın 15-də imzaladığı Sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.

Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov sentyabrın 24-də vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Həmin vəzifəyə yeni təyinat olmayıb.

canlı skorcanlı maç izletaraftarium24netsportvsonbahissonbahissonbahissonbahis girişsonbahis girişsonbahis giriştaraftarium24taraftarium24justintvselçuksports