Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədrinə müşavir təyin edilib.
Medialive.az xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Mehdi Cavadova həvalə edilib.
Qeyd edək ki, M.Cavadov əvvəllər də sözügedən vəzifədə çalışıb. Belə ki, o, 2023-cü ilin fevral ayından 2026-cı ilin may ayına qədər “ASAN xidmət” sədrinin müşaviri olub.
M.Cavadov bu ilin may ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri təyin olunsa da, təqribən 2 ay yarımdan sonra, yəni bu il avqustun 1-də vəzifəsindən ayrılıb.
O, həmçinin 2019-cu ilin fevralından 2023-cü ilin fevral ayına kimi isə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini olub.

