CANLI
Sosial

Yeni tikililərdə mənzilin sahəsi necə süni şişirdilir? – VİDEO

Bakıda yeni tikili mənzillərin sayı artdıqca vətəndaşlar əldə etdikləri faktiki sahənin sənəddə göstəriləndən daha az olduğunun şahidi olurlar.

Medialive.az xəbər verir ki, əsas narazılıq mənzillərin sahəsi hesablanarkən bəzi tikinti şirkətlərinin əlavə sahələri də ümumi kvadratmetrə daxil etməsi ilə bağlıdır.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Xəzər Xəbər”ə bildirib ki, mənzillərin sahəsinin hesablanması qaydaları Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində ətraflı şəkildə müəyyən olunub.

Ekspertin sözlərinə görə, bəzi tikinti şirkətləri normativ tələbləri pozaraq mənzilin sahəsini çöl divarından hesablamaqla onu olduğundan artıq göstərirlər. Bu isə vətəndaşların maddi zərərə düşməsinə səbəb olur.

Ramil Osmanlı hesab edir ki, bu kimi halların qarşısının alınması üçün tikinti sektorunda nəzarət mexanizmləri daha da gücləndirilməlidir. Vətəndaşlara isə mənzil alarkən müqavilədə göstərilən sahəni texniki sənədlərlə müqayisə etmək, zərurət yaranarsa, məsələni hüquqi qaydada mübahisələndirmək tövsiyə olunur.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maç