CANLI
Sosial

Bakıda səhər saatlarında dəhşətli qətl: Ahıl ər-arvadı öldürən şəxsi polis saxladı

Bakıda qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb.

Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri – 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə ər-arvad hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.