Ukraynanın ABŞ-dəki sabiq səfiri Oksana Markarova ona Andrey Yermakın vermək təklif olunduğunu təkzib edib.
Medialive xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” məlumat yayıb.
“Mən imtina etmədim, onlar da təklif etmədilər” – deyə o bildirib.
Markarova əlavə edib ki, o, özəl sektorda çalışır.
Qeyd edək ki, Ukrayna mediası Yermakın korrupsiya qalmaqalına görə istefa verəcəyi təqdirdə Zelenskinin ofisinə rəhbərlik edəcək əsas namizəd kimi Markarovanı göstərmişdi.
O, 2021-ci ilin fevralından 2025-ci ilin avqustuna qədər Ukraynanın ABŞ-dəkı səfiri vəzifəsində çalışıb.




















