CANLI
Sosial

Yolda sürət məsafəni yox, həyatı qısaldır…

Baş Dövlət Yol Polisi İdarəsi yenidən sürücülərə müraciət edib.

Medialive xəbər verir ki, yol polisi sürət həddinin aşılmasının ağır nəticələrə səbəb olduğunu vurğulayıb.

“Yollarda baş verən ağır nəticəli qəzalara səbəb olan əsas amillərdən biri yüksək sürətdir. Müşahidələr göstərir ki, sürət həddinin aşılması nəticəsində baş verən qəzaların bir çoxu faciəvi sonluqla bitir.

Sürət həddinin müəyyən edilməsində məqsəd nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Hər bir yol sahəsi üçün müəyyən edilən sürət limiti həm yolun texniki xüsusiyyətləri, həm də təhlükəsizlik tələbləri nəzərə alınmaqla müəyyən olunur. Lakin bəzi sürücülər bu qaydaları pozaraq, yüksək sürətlə hərəkət etməklə təkcə öz həyatlarını deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar.

Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət zamanı sürücünün reaksiyası üçün tələb olunan vaxt azalır, tormoz məsafəsi isə əksinə, bir neçə dəfə artır. Bu isə qəzanın qarşısını almağı demək olar ki, mümkünsüz edir. Nəticədə bir anlıq ehtiyatsızlıq bəzən bir ailənin faciəsinə çevrilir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri sükan arxasında məsuliyyətli davranmağa, sürət həddinə və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır”, – müraciətdə deyilir.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maç