Sumqayıt şəhərində azyaşlılar arasında ağır bıçaqlanma hadisəsi baş verib.
Medialive.az xəbər verir ki, şəhər ərazisində qeydə alınan insident nəticəsində 17 yaşlı yeniyetmə oğlan bıçaq xəsarəti alıb. İlkin məlumata görə, bu ağır əməli törətməkdə 16 yaşlı qız şübhəli bilinir.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası yaralı oğlanı dərhal xəstəxanaya çatdırıb, onun vəziyyəti barədə hələlik məlumat verilmir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırılır.
Nocomment.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhəri ərazisində 17 yaşlı yeniyetməyə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən digər yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxs valideynləri ilə birgə polis orqanına dəvət olunaraq izahatı alınıb.
Xəsarətin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
