Dövlət Məşğulluq Agentliyinin (DMA) Göyçay Peşə Hazırlığı Mərkəzi PHŞ-nin direktoru Anar Rzayev vəzifəsindən azad olunub.
Medialive.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı DMA sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Digər əmrlə, Rzayev Anar Vahid oğlu Göyçay Peşə Hazırlığı Mərkəzinin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri təyin edilib.
Həmçinin, Dağlıq Şirvan Regional Məşğulluq filialının Sənədlərlə iş və inzibati şöbəsinin müdiri Mirzəyev Kamal Fikrət oğlu vəzifəsindən azad olunub.
