CANLI
Sosial

3 gün əvvəl işdən çıxarılan general görün kimə medal veribmiş 

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilən general-mayor İlqar Abbasovla bağlı maraqlı fakt üzə çıxıb.

Medialive Qafqazinfo-ya istinadən xəbər verir ki, 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuş İ.Abbasovun İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədova medal təqdim etdiyi məlum olub.

Belə ki, İ.Abbasov 2023-cü ildə baş tutan görüşdə S.Səmədova qurumun yaradılmasının 30 illiyinə həsr edilmiş medalı və medalın sənədini təqdim edib.

İlqar Abbasovla Saleh Səmədovun yaxınlığı medalla yekunlaşmır. Belə ki, bir müddət əvvəl S.Səmədovun oğullarından biri də bu qurumda məsul vəzifəyə təyin edilibmiş.

Qeyd edək ki, ötən həftə rəis vəzifədən kənarlaşdırılan İlqar Abbasov əvvəllər Bakı şəhərinin prokuroru olub. S.Səmədov 9 Mayda keçirilən tədbirdə rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb və 5 ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Onun oğulları da tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24