CANLI
Sosial

AYNA-dan 13,4 milyon manatlıq tender – Qalib şirkət kimdir?

Rəqəmsal inkişaf və idarəetmə sistemlərinin yenilənməsi adı altında iri məbləğdə dövlət vəsaitlərinin xərclənməsi davam edir.

Medialive.az 1xeber.media-ya istinadən xəbər verir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) növbəti böyük satınalma müqaviləsinə imza atıb. Məlumata görə, AYNA tərəfindən keçirilən tenderin qalibi “Az Softvare System” MMC seçilib.

Tərəflər arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 13 milyon 399 min 84 manat təşkil edir. İriməbləğli müqavilə çərçivəsində agentliyin fəaliyyət istiqamətləri üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi və texniki dəstək xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 13.4 milyon manatlıq tenderin qalibi olan “Az Softvare System” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 15 min manat, qanuni təmsilçisi isə Qasımlı Anar Valeh oğludur.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 117c (“Ritz Plaza”, 6-cı mərtəbə) kimi qeyd olunub.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maç