CANLI
İdman

86 yaşlı əfsanəvi futbolçu vəfat etdi

Futbol üzrə ikiqat SSRİ çempionu Viktor Şustikov 86 yaşında vəfat edib.

Şustikov “Torpedo” ilə SSRİ çempionatının (1960, 1965), üç dəfə SSRİ kubokunun qalibi (1960, 1968, 1972), iki dəfə SSRİ-nin ən yaxşı futbolçusu (1963, 1964) adını qazanıb.

O, SSRİ çempionatında “Torpedo” üçün ən çox oyun keçirən rekorda sahibdir (427). Şustikov bütün futbolçu karyerası boyunca – 1958-ci ildən 1972-ci ilə kimi “Torpedo”da oynayıb və 1968-ci ildən komandanın kapitanı olub.

Mərhum futbolçu SSRİ yığmasının heyətində 10 oyun keçirib və 1964-cü il Avropa çempionatında iştirak edib və burada sovet komandası ikinci yeri tutub. 1997-ci ildə Şustikov 2-ci dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni ilə təltif edilib. Təqaüdə çıxdıqdan sonra “Torpedo” və “FK Moskva”nın məşqçilər korpusunda çalışıb.