“The New York Times” (NYT) Pentaqona qarşı iddia qaldıraraq, əvvəllər mediada hərbi mövzuların işıqlandırılmasına qoyulan məhdudiyyətlərin jurnalistlərin konstitusiya hüquqlarını pozduğunu iddia edib.
Medialive Qərb mediasına istinadən xəbər verir ki, nəşr iddia edib ki, ABŞ ordusunda yeni qaydalar söz və mətbuat azadlığını təmin edən Konstitusiyaya Birinci Düzəlişi pozub.
Nəşr xatırladıb ki, oktyabr ayından jurnalistlərdən fəaliyyətinə məhdudiyyətlər qoyulan 21 səhifəlik formanı imzalamaları tələb olunur. Konkret olaraq, bu məhdudiyyətlər mənbələrlə işləməyə aiddir.
Məhkəmə Pentaqonu yeni təcrübədən əl çəkməyə məcbur edəcək. Departament bəyan edib ki, hərbi obyektlərə giriş tənzimlənə bilən imtiyazdır.
Rəsmilər bildiriblər ki, departament milli təhlükəsizliyə aid məlumatların sızmasının qarşısını almağa çalışır.
Nəşrin məlumatına görə, yeni qaydaların dərcindən az sonra Pentaqonun akkreditasiyasından keçmiş onlarla jurnalist etiraz əlaməti olaraq vəsiqələrini təhvil verib.
Qeyd edək ki, ABC News, CBS News, CNN, Fox News və NBC News bir sıra tanınmış mətbu orqanları əvvəllər agentliyi tənqid edirdilər.




















