CANLI
Dünya

Rusiyanın Apple ilə “soyuq müharibə”si davam edir – Bu dəfə “Facetime” bloklandı

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

Rusiya FaceTime-a məhdudiyyətlər qoyub.

Medialive xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Hüquq-mühafizə orqanlarının məlumatına görə, “FaceTime” xidməti ölkədə terror aktlarının təşkili və həyata keçirilməsi, cinayətkarların cəlb edilməsi, vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunur”, – Roskomnadzordan bildirilib.

Bundan əvvəl Rusiya hökuməti Telegram-da videozəngləri bloklamağa və digər resursları ləngitməyə başlayıb.

Qeyd edək ki, FaceTime Apple proqramıdır.