ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində hərəkətdə olan yük maşınının sürücüsü İrandakı rejimə qarşı etirazları dəstəkləmək üçün toplaşan insanların üzərinə sürüb.
Medialive xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Belə ki, qəza nəticəsində iki nəfər yaralanıb.
Qəzadan sonra yük maşınının sürücüsü saxlanılıb.
Qeyd edək ki, İranda yerli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi problemlər səbəbindən dekabrın 28-də Tehranın Böyük Bazarında başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.




















